Qazax rayonunda avtomobillə vurulan piyada xəstəxanada ölüb.

Teleqraf.com-un yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında baş verib.

Yolu keçən 43 yaşlı Rövşən Nəbiyevi avtomobil vurub. O, ağır kəllə-beyin travması alıb və dərhal Qazax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.