Cəlilabadda itkin düşən 33 yaşlı qadın tapılıb.

Teleqraf.com xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində Cəlilabad rayonunun Hacıməmmədli kənd sakini, 1991-ci il təvəllüdlü Heydərova Leyla Hikmət qızının olduğu yer müəyyən edilərək tapılıb.

Qeyd edək ki, o, noyabrın 24-ü itkin düşmüşdü.