Türkiyənin Sarıqamış bölgəsində ölkə tarixinin ən geniş təlimlərindən olan - “Qış hazırlığı-2023” başlayıb.
Teleqraf.com “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, təlimlərdə Azərbaycan, Böyük Britaniya, Almaniya da daxil olmaqla ümumilikdə 17 ölkənin hərbçiləri iştirak edirlər.
Təlimlərə xüsusi təyinatlı qüvvələr, komandolar, pilotlar cəlb edilib.
Təlim müddətində texnikalar və silahlar sınaqdan keçirilir, tapşırıqlar icra olunur.