“Ölkə rəhbəri tərəfindən atılan addımlar əhalinin sosial-iqtisadi rifahının təmin olunmasına yönəlib. Biz dəfələrlə qeyd etmişik ki, Azərbaycan sosial dövlət konsepsiyasını həyata keçirən ölkələrdən biridir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxışı zamanı deputat Elşad Mirbəşiroğlu deyib.

O bildirib ki, güzəştli ipoteka kreditlərinin verilməsi imkanları genişlənir, evə ehtiyacı olan vətəndaşlar bundan istifadə edir:

“Amma güzəştli ipoteka kreditlərinin verilməsinin şərtlərinin sadələşdirilməsinə ehtiyac var. İndiyə qədər 38 min gənc ailə bu imkandan yararlanıb. Güzəştli ipoteka krediti müsbət mexanizmdir. İlkin ödənişlər və faiz dərəcələrinin aşağı salınması isə yaxşı olardı. Bir çox gənclərimiz ev şəraiti olmadığından ailə qura bilmirlər. Belə gənclər də ipoteka kreditlərindən yararlanmalıdırlar”.