İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin turizm nazirlərinin 11-ci sessiyasına rəhbərlik Azərbaycana keçib

Teleqraf.com xəbər verir ki, tədbiri giriş sözü ilə 10-cu sessiyanın rəhbəri, Banqladeşin turizm naziri Mahbub Ali açıb.

O, çıxışından sonra indiki sessiyaya rəhbərliyi Azərbaycana - Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə verib.