SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası növbəti həftə daha 4 rayonda keçiriləcək.

Bu barədə Teleqraf.com-a İstehsalat Birliyindən məlumat verilib.

Vətəndaşların iştirakı ilə keçiriləcək aksiyalar iyunun 21-də və 22-də baş tutacaq.

Aksiya həftənin ikinci günü saat 14:00-dan 15:00-dək Ağstafa rayonunda (Köçəsgər kəndi) 17:00-dan 18:00-dək Tovuz rayonunda (Çatax kənd icra nümayəndəliyinin qarşısı), 3-cü günü saat 11:00-dan 12:00-dək Gədəbəy rayonunda (Qoşabulaq kəndi, Tibb məntəqəsinin qarşısı), 14:00-dan 15:00-dək isə Şəmkir rayonunda (Aşağı Seyfəli kəndi) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.