“Orqan Transplantasiyası Mərkəzinin yaxın bir-iki ayda açılışı olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev bildirib.

Onun sözlərinə görə, Mərkəzin iş prinsipi barədə ictimaiyyətə geniş məlumat veriləcək: “Donorlar, orqana ehtiyaca olanların bazaları barədə məlumatlar təqdim olunacaq. Artıq təmir-tikinti işləri başa çatmaqdadır, müasir bir Mərkəz olacaq ”.