“Azərbaycanda meymunçiçəyi virusu qeydə alınmayıb”.

Teleqraf.com xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev bildirib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi mütəmadi olaraq meymunçiçəyi ilə bağlı açıqlamalarla çıxış edir: “Rəsmi olaraq bəyan edirəm ki, indiyədək Azərbaycanda meymunçiçəyi qeydə alınmayıb”.