BAKI, 9 mart. TELEQRAF
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin yeni ali lideri Müctəba Xameneiyə sədaqət andı içdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qurum İran İslam Respublikasının yeni ali liderinin göstərişlərinə tam şəkildə əməl etməyə hazır olduğunu bəyan edib.
Açıqlamada SEPAH-ın Ekspertlər Şurasının qəbul etdiyi qərarı dəstəklədiyi vurğulanıb.
“İslam İnqilabı Keşikçiləri Korpusu sadiq bir əsgər və hakimiyyətin güclü dayağı kimi hörmətli Ekspertlər Şurasının qərarını dəstəkləyir və ayətullah Seyid Müctəba Xameneinin ilahi göstərişlərinə tam tabe olmağa, onları fədakarlıqla yerinə yetirməyə hazırdır”, - deyə bəyanatda qeyd olunub.