BAKI, 8 mart. TELEQRAF

Martın 8-də saat 09:00-dan 20:00-dək Astara Dövlət Sərhədindən Buraxılış Məntəqəsi vasitəsilə ümumilikdə 45 nəfər təxliyə olunaraq Azərbaycan ərazisinə keçib.

Teleqraf xəbər verir ki, təxliyə olunan şəxslər arasında müxtəlif ölkələrin vətəndaşları və diplomatik nümayəndələri də yer alıb.

Statistikaya görə, 6 nəfər Azərbaycan, 8 nəfər Rusiya, 12 nəfər Çin vətəndaşı sərhədi keçib.

Bundan əlavə, Qazaxıstandan 3 diplomat, Sloveniyadan 2 diplomat, Rumıniyadan 2 diplomat, İsveçrədən 1 diplomat, Belçikadan 2 diplomat və Macarıstandan 9 diplomat təhlükəsiz şəkildə Azərbaycan ərazisinə təxliyə olunub.

Təxliyə prosesi Astara sərhəd-keçid məntəqəsində gün ərzində davam etdirilib.