BAKI, 10 fevral. TELEQRAF
Azərbaycan ilə İran arasında münasibətlər əsrlərə söykənən tarixi köklərə, coğrafi qonşuluğa və xalqlarımızı birləşdirən mədəni-mənəvi dəyərlərə əsaslanır.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Bakıda İran İslam İnqilabının Qələbəsi Günü münasibətilə keçirilən tədbirdə bildirib.
Baş nazirin müavini qeyd edib ki, ikitərəfli əlaqələrin dinamik inkişafı hər iki ölkə prezidentinin siyasi iradəsindən irəli gəlir:
“Xüsusilə ötən ilin aprel ayında İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri və iyul ayında Xankəndi şəhərində keçirilən ECO-nun 17-ci Zirvə görüşü çərçivəsində baş tutan təmaslar əməkdaşlıqda yeni mərhələnin əsasını qoyub”.
Ş.Mustafayev qeyd edək ki, dövlətlərarası münasibətlər suverenliyə, ərazi bütövlüyünə hörmət və mehriban qonşuluq prinsipləri əsasında uğurla inkişaf edir.