BAKI, 25 dekabr. TELEQRAF
Bakı şəhərinin rayon məhkəmələri üzrə hakimlər təyin edildi.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Rəşad Seylan oğlu Məmmədov Gəncə Kommersiya Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.
Səidə Hüseynağa qızı Məmmədova Şirvan Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi təyin edilib.
Fuad Bəhruz oğlu Babaşov Bərdə Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi təyin edilib.