BAKI, 16 noyabr. TELEQRAF

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına səfəri noyabrın 16-da başa çatıb.

Teleqraf xəbər verir ki, Daşkənd Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yola saldı.