BAKI, 21 avqust. TELEQRAF

Çexiya Ukraynada mümkün sülhməramlı missiyada iştirak etməlidir.

Teleqraf xəbər verir ki, bunu Çexiya Prezidenti Pyotr Pavel “ČTK” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Praqa müharibə başlayandan Kiyevin fəal tərəfdaşı olduğu kimi, sülh prosesinin də bir hissəsi olmalıdır.

Dövlət başçısı əlavə edib ki, Çexiyanın prosesdə konkret iştirak formatı beynəlxalq razılaşmalardan asılı olacaq.

O, həmçinin hərbisizləşdirilmiş zonanın yaradılmasını məntiqli addım adlandırıb və vurğulayıb ki, müharibəni dayandırmaq naminə Ukrayna çox güman, müəyyən güzəştlərə getməli olacaq.

Eyni zamanda, müdafiə naziri Yana ÇernoxovaSeznam Zprávy”ə verdiyi şərhdə bu məsələyə hələ hökumət səviyyəsində baxılmadığını bildirib. O qeyd edib ki, Çexiya hərbçilərinin iştirak etdiyi təqdirdə, onların rolu Balkanlardakı missiyaları xatırladacaq: "Bölmələr cəbhə xəttində yerləşdirilməyəcək, sülh bağlandıqdan sonra təhlükəsiz zonalarda fəaliyyət göstərəcək".