BAKI, 4 avqust. TELEQRAF
Avqustun 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkmənistana işgüzar səfərə gedib.
Teleqraf-a bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Türkmənbaşı şəhərinin beynəlxalq aeroportunda Ə.Əsədovu Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Hocamırat Gəldimıradov və digər rəsmi şəxslər qarşılayıblar.