BAKI, 4 iyul. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndidə üç dövlət başçısı ilə ikitərəfli görüş keçirib.

Teleqraf Anadolu agentliyinə istinadla xəbər verir ki, görüşdə Türkiyə Prezidenti Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov və Tacikistan Prezidenti Emoməli Rəhmon ilə bir araya gəlib.