BAKI, 10 fevral. TELEQRAF

Azərbaycanın işğaldan azad olunmuş Ağdərə rayonunun Həsənriz kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı başlayır.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, adıçəkilən yaşayış məntəqəsinə köçə hazırlıq görülür.

Həsənrizdə təmir-bərpa işləri yekunlaşıb, zəruri infrastruktur yaradılıb.

Kəndə köçürüləcək sakinlərə evlər yaxın günlərdə püşkatma yoluyla paylanılacaq.

Qeyd edək ki, Ağdərə rayonu 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrın 19-20-də keçirdiyi antiterror əməliyyatları nəticəsində rayon işğaldan azad edilib.

1992-ci ildə ləğv edilən Ağdərə rayonu 2023-cü ildə inzibati ərazi vahidi kimi yenidən bərpa olunub.