Avropa indi müharibədən əvvəlki dövrü yaşayır.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk Qərb mediasına müsahibəsində deyib.

O, Avropanın müdafiəyə sərmayəni artırmalı olduğunu söyləyib.

"Bilirəm ki, bu, xüsusilə gənc nəsil üçün sarsıdıcı səslənir, lakin biz yeni bir dövrün başladığına öyrəşməliyik: müharibədən əvvəlki dövr. Mübaliğə etmirəm - bu hər gün daha aydın olur”, - siyasətçi bildirib.

O qeyd edib ki, Avropanın vəzifəsi mübahisə etmək deyil, hərəkətə keçmək və müdafiəyə hazırlaşmaqdır.