Azərbaycan ərazisinə Ermənistan tərəfdən girişdə Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin yaradılması əslində aprelin 1-də bitməli idi. Amma görünür bəzi texniki məsələlər həll olunmadığına görə, proses bir qədər uzanmışdı. Azərbaycan tərəfi artıq bu istiqamətdə postun yaradılması ilə bağlı işləri yekunlaşdırıb. Təbii ki, bu post qurulmalı idi. Erməni tərəfi bunu istəsə də, istəməsə də Azərbaycan Laçın yolunun başlanğıcında post quracaqdı.
Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, son baş verən proseslər də artıq bu postun qurulmasını labüd edirdi:
“Azərbaycan bu postdan mütləq mənada istifadə etməlidir ki, ərazilərimizdə qeyri-qanuni fəaliyyətin qarşısı birdəfəlik alınmış olsun. Sözsüz ki, yaxın bir-iki günə bu postun qurulması prosesi tam bitəcək və ictimaiyyətə açıqlanacaq. Erməni tərəfindən sosial şəbəkə seqmentində bu barədə də məlumatlar yayılıb, görünütlər var”.
Polkovnik Azərbaycanın Laçın yolunun girişində post qurması fonunda Xankəndiyə yerləşdirilmiş rus əsilli şəxslərin çıxarılması məsələsinə də aydınlıq gətirib:
“Əslində Xankəndiyə rus vətəndaşlarının necə gəlməsi məsələsi də müəmmalıdır. Bu məqsədli şəkildə olan bir niyyət idi. Onlara da söz vermişdilər ki, hər şey yaxşı olacaq. Amma sonradan Ruben Vardanyan və Araik Arutunyan tərəfindən həmin rus vətəndaşlarına verilən vədlərin heç biri icra edilmədi. Ona görə də indi bu şəxslər Xankəndini tərk edir”.
Üzeyir Cəfərov hesab edir ki, Rusiya Xankəndiyə ermənilərlə, yanaşı rus millətindən olan şəxslərin də yerləşməsində maraqlı idi:
“Fakt isə odur ki, bu şəxslərin Qarabağa heç bir aidiyyəti, bağlılığı olmayıb. İndiki şəraitdə Rusiya vətəndaşlarının Xankəndini tərk etməsi də obyektiv şəbəblərdəndir. Çünki Azərbaycan Laçın yolunun girində post qurdurqdan sora burada sərbəst hərəkət məhdudlaşacaq. Onların post qurulduqdan sonra yoxlamadan keçərək Qarabağa nə qədər aidiyyatları, bağlılıqları məsələsi gündəmə gələcək. Rusiya məhz bu səbəbdən də öz vətəndaşlarınI oradan çıxarır. Əvvəl bir qrup şəxs başqa adla Xankəndidən çıxarılmışdı. İndi isə 63 Rusiya vətəndaşı buradan təxliyə edilib”.