ABŞ-ın Montana əyalətində orta məktəb direktoru 11-ci sinif şagirdinə geyimlə bağlı xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, sonuncu sinifdə oxuyan Katlin Cuvikin alt paltarı geyinməməsi məktəb rəhbərliyinin diqqətini çəkib.

Kürəyi açıq tişörtlə məktəbə gedən qıza müəllimlər xəbərdarlıq edib. Xəbərdarlıq şagirdlər arasında narazılıq doğurub.

Məktəb direktoru Stiv Zennis şagirdlərin alt paltarlarına qarışmadığını, lakin Katlin Cuvikin geyiminin başqalarını narahat etdiyini bildirib.

Sosial şəbəkələrdə də Katlin Cuvikə dəstək verilib.

Ayxan