Yaponiyada valideynləri tərəfindən cəzalandırılan uşaq itkin düşüb.

Teleqraf.com xəbər verir ki, valideynləri dəcəllik edən uşağı cəzalandırmaq üçün Hokkaydo adasındakı meşəlikdə qoyublar, amma qayıtdıqda onu tapa bilməyiblər. Valideynləri bildiriblər ki, 7 yaşlı uşaq maşın və adamları daşa basırmış. Valideyinləri əvvəlcə uşağın itdiyini desələr də sonradan onu meşədə buraxdıqlarını etiraf ediblər.

Xilasedicilər bir həftə əvvəl meşədə itən 7 yaşlı oğlanı tapıblar. Polisin mayın 3-də verdiyi məlumata görə, uşaq sübh vaxtı hərbi bazadan tapılıb.

O müayinə üçün vertolyotla yaxınlıqdakı xəstəxanaya götürülüb.