Rusiyanın Sankt-Peterburq şəhərində dəhşətli hadisə yaşanıb.

Körpəsini uşaq arabasında gəzdirən 32 yaşlı qadının başına beton piltə düşüb. Hadisədən dərhal sonra qadın huşunu itirib və yerə yıxılıb. Olay zamanı qadın ağır kəllə-beyin travması alıb, azyaşlı isə hadisədən xəsarətsiz xilas olub.

İlkin ehtimallara görə, hadisəyə güclü külək səbəb olub. Faktla bağlı araşdırmalar aparılır.

Teleqraf.com təhlükəsizlik kamerasına əks olunan görüntüləri təqdim edir:

Elvin