XOCALI, 16 dekabr. TELEQRAF

Xocalı rayonunun Təzəbinə və Seyidbəyli kəndlərinə mənzil başına çatan ailələrə mənzillərin açarları təqdim edilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Ağdamın Dördyol adlanan ərazisindən yola salınan Təzəbinə kəndinə 10 ailədən 44 nəfər, Seyidbəyli kəndinə isə 10 ailədən 41 nəfərin daimi qayıdışı təmin edilib.

Doğma yurduna dönən ailələri Xocalıda Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyi, Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri qarşılayıblar sahib olduqları mənzillərin açarlarını onlara təqdim olunub Qeyd edək ki, bununlada Təzəbinə kəndinə qayıdan ailələrin ümumi sayı 139 (609 nəfər), Seyidbəy kəndinə isə 48 ailə (168 nəfər) çatdırlıb. İşğaldan azad edilən ərazilərə sakinlərin qayıdışı davam edir.

***

12:37

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Qayıdış proqramına uyğun olaraq bu mərhələdə Xocalı rayonunun Təzəbinə kəndinə 10 ailə olmaqla 44 nəfər, Seyidbəyli kəndinə isə 10 ailədən 41 nəfər yola salınıb.

Xocalı rayonunun Təzəbinə və Seyidbəyli kəndlərinə köç edən ailələr bu günə kimi respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.