BAKI, 2 sentyabr. TELEQRAF

Avqust ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 29 nəfər saxlanılıb.

Teleqraf xəbər verir ki, bu, Dövlət Sərhəd Xidmətinin avqust ayı üçün yaydığı hesabatda əksini tapıb.

Qeyd olunub ki, onların 12-si Azərbaycan, 4-ü İran, 3-ü Banqladeş, 3-ü Pakistan, 2-si Gürcüstan, 1-i Filippin, 1-i Şri-Lanka, 1-i Özbəkistan, 1-i Tacikistan, 1-i Türkiyə vətəndaşı olub.

Vurğulanıb ki, qnunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 17 nəfər saxlanılıb, sərhəd rеjim qaydalarını pоzduqlarına görə 891 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.