BAKI, 23 iyul. TELEQRAF

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu xəstəlikdən vəfat edib.

Bu barədə Teleqraf-a DSX-dən məlumat verilib.

Qeyd olunub ki, iyulun 23-də Xidmətin hərbi qulluqçusu Məmmədov Aslan Araz oğlu uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

"Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.

Allah rəhmət eləsin!" - deyə məlumatda qeyd olunub.