BAKI, 24 iyun. TELEQRAF

Azərbaycan Müdafiə Nazirliyi ilə Serbiya Müdafiə Nazirliyi arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin "Hərbi Hava Qüvvələri (HHQ) arasında mütəxəssis görüşü" keçirilib.

Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tərəflər Azərbaycan və Serbiya HHQ-lərinin cari vəziyyəti və perspektiv imkanları ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Mütəxəssis görüşü zamanı, həmçinin maraq doğuran digər məsələlər müzakirə olunub və qarşılıqlı suallar cavablandırılıb.