BAKI, 24 aprel. TELEQRAF

Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb.

Teleqraf xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumatında deyilir.

Məlumatda Azərbaycan Ordusunun bölmələri tərəfindən aprelin 23-də saat 22:20 radələrində Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açılması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat təkzib olunur:

"Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən mülki əhali və obyektlər istiqamətində heç vaxt atəş açılmır. Qarşı tərəf bu cür məqsədyönlü dezinformasiya və yalan məlumatlar yaymaqla öz təxribatlarını ört-basdır etməyə, eləcə də beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa çalışır".