BAKI, 15 sentyabr. TELEQRAF
Azərbaycan ilə ICESCO arasında uğurlu əməkdaşlıq əlaqələrinin inkişafında xidmətlərinə görə ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl‑Malik “Dostluq” ordeni ilə təltif edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.