BAKI, 29 avqust. TELEQRAF
UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar “Qarabağ” futbol klubuna 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılıb.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb.