BAKI, 4 avqust. TELEQRAF
Nazirlər Kabineti "Ezamiyyə xərclərinin normaları haqqında" qərarda dəyişiklik edib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb
Qərara əsasən, Baş prokurorunun müavinlərinə ezamiyyətə getdiyi zaman fasiləsiz uçuş müddəti 5 (beş) saatdan artıq olduğu aviareyslər üzrə nəqliyyat xərcləri “biznes klass” tarifləri ilə ödəniləcək.