BAKI, 1 iyul. TELEQRAF

Azərbaycan və Şimali Makedoniya arasında diplomatik və xidməti/rəsmi pasport sahibləri üçün viza rejimi ləğv olunub.

Teleqraf-ın məlumatına görə, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu imzalayıb.

Qeyd edək ki, adıçəkilən saziş 2025-ci il martın 12-də Bakı şəhərində imzalanıb və qarşılıqlı olaraq iki ölkə arasında diplomatik əlaqələrin inkişafına töhfə verməsi nəzərdə tutulur.