BAKI, 20 iyun. TELEQRAF
Azərbaycan və Çin arasında beynəlxalq multimodal daşımalarla bağlı saziş təsdiq edilib.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, saziş qüvvəyə mindikdən sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.
Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin hökumətinə bildiriş göndərəcək.