BAKI, 4 iyun. TELEQRAF
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev minifutbol üzrə milli yığma komandanın 2025-ci il Dünya çempionatında qazandığı qələbə ilə əlaqədar Sərəncam imzalayıb.
Teleqraf xəbər verir ki, sərəncama əsasən, Azərbaycan milli yığmasının dünya çempionu olması münasibətilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına 2 milyon manat vəsait ayrılır.
Sərəncamda Maliyyə Nazirliyinə ayrılmış məbləğin maliyyələşdirilməsini təmin etmək tapşırılıb.