BAKI, 4 iyun. TELEQRAF

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” yubiley medalının təsis olunması ilə bağlı Qanunu imzalayıb.

Teleqraf xəbər verir ki, qanuna əsasən, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” sənədə müvafiq dəyişiklik edilib və yeni yubiley medalına dair Əsasnamə ilə yanaşı, medalın təsviri də təsdiqlənib.

Medal, Məhkəmə-Hüquq Şurasının hazırkı və sabiq üzvlərinə, nümunəvi fəaliyyəti ilə seçilən hakimlərə, Şura və məhkəmələrin aparatlarında çalışan dövlət qulluqçularına, məhkəmə sisteminin inkişafına töhfə verən və bu sahədə əməkdaşlıq edən şəxslərlə yanaşı, beynəlxalq tərəfdaşlara təqdim olunacaq.

Sənədə əsasən, yubiley medalı döşün sol tərəfinə, digər dövlət mükafatlarından sonra taxılır.