BAKI, 27 may. TELEQRAF
İspaniyanın Kralı VI Felipe Prezident İlham Əliyevə təbrik mətkubu ünvanlayıb.
Teleqraf xəbər verir ki, məktubda deyilir:
"Cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Cənab Prezident, Sizə cansağlığı, sevimli Azərbaycan xalqına sülh, rifah və tərəqqi arzu edirəm".