BAKI, 21 may. TELEQRAF
Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Teleqraf xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza səmimi-qəlbdən təbriklərimi çatdırıram.
Fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrini gücləndirmək niyyətimizi bir daha bildirmək istəyirəm.
Sizə dərin hörmət və ehtiramımı ifadə edirəm".