BAKI, 16 may. TELEQRAF
Təhlükə potensiallı obyektlərin siyahısı təsdiq edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, təhlükə potensiallı istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlərə
aşağıdakılar aiddir:
- partlayıcı və pirotexniki maddələrin, qazların, tezalışan mayelərin, tezalışan bərk maddələrin və materialların, oksidləşdirici maddələrin və üzvi peroksidlərin, zəhərli və yoluxucu maddələrin, nüvə və digər radioaktiv materialların, o cümlədən nüvə xammalının, korroziyaedici (aşındırcı) maddələrin, müxtəlif təhlükəli maddələrin və məmulatların (təhlükəli yüklərin 9-cu sinfinə aid) alınması, istifadə edilməsi, emal
olunması, istehsalı, saxlanılması, nəqli, məhv edilməsi və basdırılması ilə məşğul olan
obyektlər;
- işçi təzyiqi 0,07 meqapaskaldan (0,7 kqq/sm2) çox olan buxar qazanları, buxar kəmərləri və təzyiq altında işləyən tutumları, temperaturu 115°C-dən çox olan suqızdırıcı qazanları və isti su kəmərləri, işçi temperaturu 0,07 meqapaskal təzyiqdə qaynama temperaturundan yüksək olan digər maye qazanları və kəmərləri, gücü saatda 2 (iki) milyon kilokaloridən artıq olan qazanxanaları olan obyektlər;
Təhlükə potensiallı obyektlərin siyahısı ilə buradan tanış ola bilərsiniz.