BAKI, 12 may. TELEQRAF
Prezident İlham Əliyev “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” 29 mart 2018-ci il tarixli sərəncamında dəyişiklik edib.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Fərmana əsasən, “Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə” (XRİTD) sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə” sözləri ilə əvəz olunub. Bununla da rəqəmsal inkişaf və nəqliyyat naziri Komissiyanın sədri olub.
Beləliklə tərkib aşağıdakı kimi olub:
Komissiyanın sədri
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini
Azərbaycan Respublikası müdafiə nazirinin müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti rəisinin müavini
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi.”.