BAKI, 1 may. TELEQRAF

Prezident İlham Əliyev Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1.5 milyon manat pul ayırıb.

Teleqraf xəbər verir ki, bu bununla bağlı dövlət başçısı Sərəncam imzalayıb.

Beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirindən irəli gələn maliyyə məsələlərini Maliyyə Nazirliyi həll etməlidir.

Həmçinin İqtisadiyyat Nazirliyi avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.

Həmçinin Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.