BAKI, 25 aprel. TELEQRAF
Müstəqil Dövlətlər Birliyinin Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şurasında Azərbaycan Respublikasının səlahiyyətli qurum müəyyən edilib.
Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Əqli Mülkiyyət Agentliyi məsul qurum sayılacaq.