BAKI, 17 aprel. TELEQRAF
“Aviasiya haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun təsdiqlənib.
Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Belə ki, qanuna aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya (aviasiya hadisələrinin və insidentlərinin araşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı komissiya) anlayışı əlavə edilib.