BAKI, 16 aprel. TELEQRAF
III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin tərkibində dəyişiklik olunub.
Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Təşkilat Komitəsinə yeni üzvlər əlavə edilib:
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini,
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini,
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini,
Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini.
Bundan başqa, bəzi üzvlər siyahıdan çıxarılıb:
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı,
Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini,
Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini,
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini,
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini,
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini,
Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini,
Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini.