
BAKI, 15 aprel. TELEQRAF
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni məhkəmə təyinatları ilə bağlı sərəncam imzalayıb.
Teleqraf xəbər verir ki, sərəncama əsasən, apellyasiya, inzibati və rayon məhkəmələrində bir sıra təyinatlar və yerdəyişmələr həyata keçirilib.
Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq imzalanan sənədə əsasən:
Apellyasiya instansiyası üzrə:
Müşfiq Həsənov Naxçıvan Ali Məhkəməsi sədrinin müavini,
Mehman Allahverdiyev həmin məhkəmənin Mülki Kollegiyasının sədri,
Əlizamin Abdullayev Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri,
Elçin Mehdiyev Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilib.
İnzibati məhkəmə üzrə:
Hicran Muradov Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin sədri təyin olunub.
Naxçıvan MR rayon məhkəmələri üzrə:
Günay İsmayıl Babək Rayon Məhkəməsinin sədri təyin olunub.
Bakı şəhərinin rayon məhkəmələri üzrə:
Şeyda Məhərrəmova Xəzərdən Binəqədiyə,
Abbas Rzayev Binəqədidən Xəzərə,
Azər Paşayev Qaradağdan Səbailə,
Elbəy Allahverdiyev Xəzər Rayon Məhkəməsinin hakimi kimi təyinat alıb.
Bundan əlavə, Xəyal Sarıyev Qaradağ, Fərid Əyyubov Abşeron, Natiq Abbasov Ağstafa, Elmir Hüseynov Füzuli, Marif Kazımov Kürdəmir, Ruslan Əlizadə Yevlax, Gülsarə İmanova Zəngilan, Elşad Əliyev Sumqayıt və Elçin Kazımov isə Sumqayıt Məhkəməsində hakim və ya sədr kimi təyinat alıblar.
Sərəncam imzalandığı gündən qüvvəyə minib.