BAKI, 19 fevral. TELEQRAF

Prezident İlham Əliyev fevralın 19-da 9 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Ağdaş rayonunun Davudlu–Binələr–Güvəkənd–Əmirarx–Qaradeyin–Eymur–Ərəbşəki–Ağcaqovaq avtomobil yolunun əsaslı təmiri üçün ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat məbləğində Avtomobil Yolları Dövlət Agentliyinə maliyyə ayrılması ilə bağlı sərəncam imzalayıb.

Teleqraf xəbər verir ki, sərəncama əsasən, yolun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitinin 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsü İqtisadiyyat Nazirliyinə həvalə olunub.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.