BAKI, 17 fevral. TELEQRAF

Ötən il noyabrın 15-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fevralın 17-də fərman imzalayıb.

Fərmanda deyilir: "Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin. Azərbaycanın Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Hökumətinə bildiriş göndərsin".