Azərbaycanın İslamabaddakı səfiri Xəzər Fərhadov Pakistanın müdafiə naziri Asif Muhammed Xavaca ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə diplomat “X” sosial şəbəkəsində bildirib.

O qeyd edib ki, görüş zamanı həm Azərbaycan, həm də Pakistanın rifahı üçün böyük potensiala malik olan müdafiə, müdafiə sənayesi və aviasiya sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün qarşılıqlı istək ifadə olunub.