Teleqraf.com xəbər verir ki, tanınmış müğənninin zaman-zaman qələmə aldığı xırda hekayələr uşaqlar üçün kitab kimi dərc olunacaq.
"Sezuşun hekayələri: Efe və Bulud Osman bəyə qarşı" adı ilə çap olunacaq bu kitabda Sezen Aksu uşaqlara heyvanlara sevgi aşılamağa çalışdığını bildirib. Kitab Sibel Algan və Gizem Çiçək tərəfindən hazırlanır, Efə ilə Buludun şəkilləri isə Serap Dəliormanın imzasını daşıyacaq.
Qeyd edək ki, ifaçının həmin hekayələri ötən il Türkiyənin bir çox uşaq teatrlarında səhnələşdirilmişdi.