BAKI, 17 iyun. TELEQRAF
Bərdə rayonunda 18 yaşlı oğlan yetkinlik yaşına çatmayan qızla münasibətdə olmaqda ittiham edilib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, 2008-ci il təvəllüdlü Şahbaz sevgi münasibəti saxladığı 2012-ci ildə anadan olmuş Vəfa (adlar şərti verilib – red.) ilə danışıb.
Onlar gələcəkdə ailə həyatı qurmalarına valideynləri mane olmasın deyə cinsi əlaqədə olmaq barədə razılığa gəliblər.
Şahbaz qızı Bərdə rayonunun kəndinə, atasının əmisi Bəhrama məxsus fərdi yaşayış evinin yataq otağına aparıb. Qızla öz istəyi əsasında münasibətdə olub, seksual xarakterli hərəkətlər edib.
Şahbazın barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Şahbaz ittiham üzrə özünü təqsirli bilib və ifadəsində göstərib ki, Bərdə rayonunun kəndində yaşayır: “Atam-anam təxminən 8 il əvvəl boşanıb. Mən əvvəlcə anamgilin yanında qalırdım. 2019-cu ildən Bərdə rayonunun kəndinə, atamın yanına köçdüm. Vəfa ilə 2023-cü ildən danışmağa başladım. O, nömrəsini mənə verdi. Aramızda sevgi münasibəti yarandı”.
Təqsirləndirilən şəxs deyib ki, təxminən 3 ay sonra araları dəyib: “Problem valideynlərimizə görə oldu. Vəfanın anası Təhminə mənim yaşadığım evə gəldi, qızından uzaq durmağımı istədi. Atam da məni danladı, Vəfadan uzaq durmağımı tapşırdı. Bakı şəhərinə getdim, Vəfadan ayrıldım. Kənd orta məktəbində isə adım gedirdi.
Son zəng olduğundan 2025-ci il iyunun 10-dan Bərdə rayonuna, yaşadığım kəndə gəldim. Vəfa ilə yenidən danışdım, münasibətlərimiz yenidən yarandı. Yəni biz yenə sevgili olduq”.
Şahbazın sözlərinə görə, 2025-ci ildə kənddə keçirilən son zəngdə iştirak edib: “Vəfa ilə telefonda yazışdım. Bəzən görüntülü danışığımız da oldu. Vəfa ilə atamın əmisinə məxsus, uzun müddət yaşayış olmayan evdə görüşməyi planlaşdırdım. Bir qədər sonra həmin evin qarşısında görüşərək söhbət etdik. Saat 9 radələrində pəncərəni itələyərək evə daxil olduq. Orada xeyli müddət söhbət etdik. Vəfa birinci təklif etdi ki, onunla təbii yolla cinsi əlaqədə olum. Mən əvvəlcə bunu istəmədim, sonra razılaşdım. Vəfa özü dedi ki, paltarını soyundurum, sonra mən də öz paltarımı soyunum. Cinsi əlaqədə olduq”.
Şahbaz deyib ki, o gündən sonra Vəfa ilə əlaqədə olmayıb: "Sevgi münasibətlərimiz hələ də davam edir. Mən onu sevirəm, onunla evlənmək istəyirəm. Vəfaya heç bir psixi və ya fiziki zor tətbiq etməmişəm. Münasibətlərimiz könüllü olub. Vəfanın 2012-ci il təvəllüdlü olmasını bilmişəm”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Vəfanın sözlərinə görə, Şahbazla bir-birilərini uşaqlıqdan seviblər: “2024-cü ildə valideynlərimin təkidi ilə ondan ayrıldım. Şahbaz Bakı şəhərində getdi. 2025-ci ilin iyul ayında Bərdə rayonuna gələndə yenidən barışaraq əvvəlki sevgi münasibətlərimizi bərpa etdik”.
Zərərçəkmiş qeyd edib ki, 2025-ci ilin sentyabr ayında Şahbazla görüşüb, qohumlarının evinə gediblər: “Ailələrimiz bizim bir-birimizlə sevməyimizə mane olduqlarına görə qərara gəldik ki, cinsi əlaqədə olaq, valideynlərimiz bizi ayırmasın. Bu işdə Şahbazın heç bir günahı yoxdur. Əlaqədə olmağı birinci mən təklif etmişəm. O da mənimlə razılaşıb. Cəmi bir dəfə görüşmüşük.
Əməlimdən peşmanam, Şahbazın cəzalandırılmasını istəmirəm. Ona qarşı heç bir şikayətim yoxdur”.
Bu cinayət işinə Bərdə Rayon Məhkəməsində baxılıb. Şahbazın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və ona 1 il 6 ay sınaq müəyyən edilməklə 3 il şərti cəza verilib.
Sınaq müddəti ərzində təqsirləndirilən şəxsə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməsi, həmçinin Bərdə rayonunun inzibati ərazisinin hüdudlarından kənara çıxması qadağan olunub. Bu müddət ərzində ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək tapşırılıb.
Bundan əlavə cəza müddətində kütləvi və digər tədbirlər təşkil və belə tədbirlərdə iştirak etmək qadağan olunub.