BAKI, 2 dekabr. TELEQRAF

“Zamin Əmlak Agentliyi”nin direktoru Oqtay Zərbəliyev və həmin agentliyin satış menecerləri - Orxan Əliyev və Natiq Şahmuradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə kecirilən prosesdə hökm oxunub.

Oqtay Zərbəlıyev 7 il, Orxan Əliyev 5 il, Natiq Şahmuradov isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında agentliyə müraciət edən şəxslərə qarşı dələduzluq ediblər. Qrup üzvləri zərərçəkənlərə güzəştli şərtlərlə ipoteka vasitəsilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər veriblər.

Cinayət işi üzrə zərərçəkən şəxslərə dəymiş ziyan 1 490 200 manat məbləğindədir.