BAKI, 26 may. TELEQRAF

4, 5, 6, 7, 8, 9, və 10 nömrəli “Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-lər ləğv olunduqlarını elan edib.

Teleqraf xəbər verir ki, şirkətlər hər biri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsusdur.

4 nömrəli “Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-nin nizamnamə kapitalı 130 min manat, qanuni təmsilçisi isə Qadir Əzizovdur. 8 və 10 nömrəli şirkətlərin nizamnamə kapitallar müvafiq olaraq 100 min və 69 min 980 manat, qanuni təmsilçiləri isə Faiq Əliyev və Abdulla Məmmədovdur.

5, 7 və 9 nömrəli MMC-lərin nizamnamə kapitalları 20 manatdır. Qanuni təmsilçiləri isə müvafiq olaraq Rauf Əsgərov, Orxan Novruzov və Mətləb Bayramovdur.

6 nömrəli MMC-nin isə nizamnamə kapitalı 50 manat, qanuni təmsilçisi Nurlan Abbasovdur.

Xatırladaq ki, daha əvvəl AAYDA-ya məxsus 1, 2 və 3 nömrəli “Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-lər də ləğv olunduqlarını elan etmişdi.